“Qarabağ”da yeni müqavilə
08.06.2021 , 10:55

“Qarabağ” futbolçusu Qara Qarayev ilə yeni müqavilə imzalayıb.
Korner.az klubun saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə imzalanmış müqavilənin müddəti 2 ildir.
Qeyd edək ki, Qara Qarayev “Qarabağ” FK-nın heyətində 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.
