“Qarabağ” daha bir futbolçu ilə müqaviləni yenilədi
25.05.2021 , 18:15

“Qarabağ” Bədavi Hüseynov ilə yeni müqavilə imzalayıb.
Korner. az xəbər verir ki, müdafiəçi ilə imzalanmış müqavilənin müddəti 2 ildi. Bu barədə klubun saytı məlumat yayıb.
Bədavi Hüseynov “Qarabağ”ın heyətində 7 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.
Ağdam təmsilçisi bu gün kapitanı Maksim Medvedevlə də 2 illik müqavilə imzalayıb.
