“Qarabağ”da yeni müqavilə
09.01.2019 , 16:02

Bu mövsümün əvvəlində “Qəbələ”dən 1 illik icarə əsasında “Qarabağ”a keçən Hacıağa Hacılıyla yeni müqavilə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat verib.
Belə ki, klub “Qəbələ”ylə danışıqlar apararaq perspektivli gənc yarımmüdafiəçini tam hüquqlarıyla transfer edib. Hacıağa Hacılıyla bağlanan yeni müqavilənin müddəti 4 ildir.
