“Qarabağ”da yeni müqavilə
24.09.2023 , 18:48

“Qarabağ” futbolçusu Marko Yankoviçlə müqaviləni yeniləyib.
Korner.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçinin 2025-ci ilin yayına qədər olan müqaviləsi daha 2 il artırılıb.
Monteneqrolu futbolçu 2027-ci ilin yayına qədər “Qarabağ”da çıxış edəcək.
