"Qarabağ" daha iki futbolçu ilə yollarını ayırmaq qərarına gəlib.
Bu barədə Korner.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib. İbrahimov bildirib ki, nigeriyalı hücumçu Emeka Opara və Əfran İsmayılovla müqavilənin uzadılması məqsədəuyğun hesab edilməyib.
Xatırladaq ki, "Qarabağ" bundan öncə Kristian Torres, Elnur Abdulov, Zaur Həşimov və Emin İmaməliyevlə də müqavilənin uzadılmamasını qərara almışdı.