Topaz Premyer Liqanın 23-cü turunda “Simurq”la qarşılşacaq “Qarabağ” artıq Zaqataladadır.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, turnir cədvəlində qonşu olan komandaların görüşündə “Qarabağ”dan sadəcə Branimir Subaşiçin meydana çıxmayacağı dəqiqdir.
“Qəbələ” ilə görüşdən öncə əzələsini dartan Maksim Medvedev isə komandayla birgə Zaqatalaya yollanıb. Cəza səbəbindən “İnter”lə matçı buraxan Ansi Aqolli də meydana çıxa biləcək.
“Qarabağ” bu gün saat 17.00-da oyunun keçiriləcəyi stadionda sonuncu məşqini edərək hazırlıqlarını tamamlayacaq.
Qeyd edək ki, “Simurq” – “Qarabağ” oyunu martın 12-də, saat 17:00-da başlanacaq.