“Qarabağ” klubu Antalyada hazırlıqlarını davam etdirir.
Korner.az–ın məlumatına görə, təlim-məşq toplanışının növbəti günündə proqramda bir məşq vardı. Antalyada günəşli hava şəraitində Ağdam təmsilçisi məşqə ənənəvi olaraq saat 11:00-da çıxıb. “Qarabağ”ın yeganə məşqi təmamilə toplu çalışmalara həsr olunmuşdu. Yüksək tempdə davam edən çalışmada futbolçuların əla əhval-ruhiyyəsi olması diqqətləri cəlb edib.90 dəqiqəlik çalışmada heç də bütün futbolçular iştirak etməyib. Ayağında müəyyən ağrılar hiss edən Qara Qarayev məşqçi nəzarətində yüngül çalışma ilə kifayətlənib.
Yeni transfer Kristian Torres və Braziliyadan gec dönən Riçard Almeyda isə kollektivlə çalışmalarda tam olaraq iştirak etməyiblər.
Qeyd edək ki, “Qarabağ” bu gün iki dəfə məşq edəcək.
