XVI turda “Neftçi” ilə qarşılaşan “Qarabağ” ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, Ağdam klubu matçda iki qol vuran Reynaldo Silvanı itirib.
Buna səbəb braziliyalı futbolçunun zədələnməsi yox, cəzalı duruma düşməsidi. Matçın 45+1-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Reynaldo sarı vərəqə limitini doldurub. “Neftçi” ilə hər iki matçda cəzalanan “sambaçı” “Simurq” və “Qəbələ” matçlarında da sarı vərəqə alıb. O, bu səbəbdən “Bakı” ilə XVII tur matçını buraxacaq.
