“Qarabağ”ın və millimizin kapitanı Rəşad Sadıqov müayinədən keçib.
Korner.az-ın məlumatına görə, müdafiəçinin qasıq nahiyəsindən cərrahi əməliyyata ehtiyacı olduğu aşkarlanıb.
Əməliyyatın dəqiq vaxtı hələ məlum deyil. Amma bu ən qısa zamanda reallaşacaq. Rəşadın məşqlərə başlayacağı tarix də bundan sonra müəyyənləşəcək.
Sadıqov qasıq bağlarını “İnter”lə oyunda zədələyib. Əməliyyatdan sonrakı bərpa iki aya qədər çəkə bilər.
