Topaz Premyer Liqanın XIV turunda “Rəvan”la qarşılaşacaq “Qarabağ” klubu oyuna itkilərlə hazırlaşır.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, milli oyunçulardan savayı, Rəşad Sadıqovla Admir Teli də komandadan ayrı düşüb.
Sadıqov belindən, Admirsə barmağından aldığı zədənin bərpasıyla məşğuldur. Albaniya millisinə yollanmış Ansi Aqolli isə artıq geri dönüb və komandanın hazırlıqlarında iştirak edir.
Yaranmış fasilədə yoxlama matçı keçirməyən komanda mövcud futbolçularla 2 tərəfli oyunda qüvvəsini sınayıb. Suraxanıdakı məşq meydançasında baş tutan oyun 40 dəqiqlik 2 hissədən ibarət olub.
Qeyd edək ki, “Qarabağ” – “Rəvan” oyunu noybarın 24-də, Respublika stadionunda keçiriləcək.
