“Qarabağ” daha bir ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, Ağdam klubunun futbolçusu Muarem Muarem ötən gün “Xəzər Lənkəran”la matçda sarı vərəqə almaqla cəzalı duruma düşüb. Makedoniyalı futbolçu Premyer Liqanın 34-cü turunda “Sumqayıt”la matçı buraxmalı olacaq.
Qeyd edək ki, komandanın kapitanı Rəşad Sadıqov da cəzalı duruma düşdüyü üçün bu matçda iştirak edə bilməyəcək.
