“Qarabağ”da möhtəşəm dönəm keçirdim” – Beqoviç
22.12.2019 , 15:05

“Qarabağ”la icarə müqaviləsi başa çatan Asmir Beqoviç “İnstagram” səhifəsində maraqlı paylaşım edib.
Korner.az xəbər verir ki, qolkiper Ağdam klubunda xoş vaxt keçirdiyini qeyd edib:
“Dünənki qələbə ilə kubokda yarımfinala çıxmağımız əla idi. Bu böyük klubda keçirdiyim dövr mənim üçün xoş oldu. İndi isə istirahət zamanıdır”.
