Topaz Premyer Liqada mövsümün son oyununda – 28-ci turda “Qəbələ” ilə qarşılaşacaq “Qarabağ” matça itki ilə çıxacaq.
Komandanın yarımmüdafiəçisi Donald Gerye bu görüşdə iştirak etməyəcək.
Haitili futbolçu son turda “Keşlə” ilə oyunda mövsümdə 4-cü sarı vərəqəsini alaraq cəzalı duruma düşüb.
Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” oyunu mayın 21-də keçiriləcək.
