“Qarabağ”da itki
20.02.2023 , 17:26

Avropa Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə oyunda zədələnmiş “Qarabağ”ın futbolçusu Marko Yankoviçin həkim müayinəsindən keçib.
Korner.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbə verir ki, müayinənin nəticəsinə görə, oyunçunun sol baldır əzələsində 2-ci dərəcəli yırtılma aşkar edilib.
Həkimlərin rəyinə əsasən, Marko Yankoviç zədə səbəbindən 4 həftə yaşıl meydanlardan kənar qalacaq.
