“Qarabağ”da istirahət bitdi
07.01.2020 , 20:59

“Qarabağ”da istirahət başa çatıb.
Korner.az xəbər verir ki, komanda bu gün bir araya gələrək mövsümün ikinci yarısının hazırlığına start verib.
Komanda yanvarın 12-si Antalyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək. Antalyada 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında “Qarabağ” 4 yoxlama oyunu keçirəcək.
Ağdam təmsilçisi yanvarın 18-də Rumıniyanın “Akademika Klinkeni”, yanvarın 22-si Qazaxıstanın “Jetisu”, yanvarın 25-i Çexiyanın “Siqma” və Polşanın “Visla Plok” klublarıyla qarşılaşacaq.
