Ölkə futbolu

“Qarabağ”da hər şey ümid etdiyim kimi olmadı” – Halldorsson

04.01.2019 , 11:04

“Müxtəlif səbəblərdən “Qarabağ”da hər şey ümid etdiyim kimi olmadı”. Bu sözləri “Qarabağ”ın qapıçısı Hannes Halldorsson “Fotbolti” nəşrinə açıqlamasında deyib.

İslandiya millisinin üzvü mövsümün ilk yarısını dəyərləndirərkən “Qarabağ”a gəlişindən, komandadakı çıxışından danışıb. “Bəhanə etmək istəmirəm, ancaq “Qarabağ”a getdiyim ilk ayda zədələndim. Müqavilə bağlayanda baş məşqçimiz mənə dedi ki, komandada iki qapıçısı olacaq. Lakin mən zədələndiyim üçün  daha bir qapıçı transfer edildi. İndi biz üç qapıçıyıq. Bu, həqiqətən də lüzumsuzdur. Heç vaxt kimin oynayacağı öncədən bilinmir. Əsas heyətdə meydana çıxmaq tam təsadüfi baş verir. Kimin səhvi olursa, meydana çıxmır”.

Avroliqanın qrup mərhələsində Bakıda “Sportin”lə keçirilən görüşdə (1:6) 6 qol buraxdığını xatırladan Halldorsson həmin görüşdə zəif çıxış etdiyini etiraf edib: “Mövsümə enerjili başlamışdım. Bir neçə oyunda start heyətdə yer aldım. Ancaq “Sportinq”lə oyunda zəif çıxış etdim, 6 qol buraxdım. Həmin oyundan sonra meydana çıxmadım”.

34 yaşlı qolkiper gələcək karyerası barədə qərar vermədiyini əlavə edib: “İndi yol ayrıcındayam. Vəziyyətə baxıram və gələcəyimi düşünürəm”.

Son yazılar

Yuxarı