Qara Qarayev və Hacı Əhmədovla müqavilənin müddətini artıran “Qarabağ” daha bir futbolçusu ilə danışıqlara başlayıb.
Korner.az-ın məlumatına görə, Ağdam klubu Vüqar Nadirovu heyətində saxlamağa çalışır.
Artıq Vüqara yeni müqavilə təklif olunub. 26 yaşlı hücumçunun yaxın günlərdə anlaşmanı imzalaması gözlənilir.
Qeyd edək ki, Vüqar cari mövsümdə “Qarabağ”ın heyətində Premyer Liqada 25, Azərbaycan Kubokunda 3, Avropa Liqasında 6 oyun keçirib. Forvard çempionatda 5 qola imza ataraq komandasının uğurunda pay sahiblərindən biri olub.
