Yunanıstan mətbuatı Çumbinyonun “Qarabağ”dan ayrılacağı ilə bağlı xəbərlər yaymaqda davam edir.
Korner.az-ın məlumatına görə, Ağdam klubu bu informasiyaları təkzib etsə də, həmkarlarımız az qala hər gün ortaya yeni iddia atır.
Bu dəfə “Sentragoal” portalı Çumbinyonun ölkəmizi tərk edəcəyini yazıb və səbəbini açıqlayıb: “Çumbinyonun həyat yoldaşı Azərbaycanda qalması üçün uzunmüddətli viza ala bilmir. Bu səbəbdən futbolçu pis psixoloji vəziyyətdədi.
