“Qarabağ” Premyer Liqanın 34-cü turu çərçivəsində “Sumqayıt”la keçiriləcək matça ciddi itkilərlə çıxacaq.
Korner.az-ın məlumatına görə, Ağdam klubunun aparıcı üzvləri Rəşad Sadıqov və Muarem Muarem sarı vərəqə limitini doldurduğu üçün vacib qarşılaşmanı buraxmalı olacaq.
Qeyd edək ki, mayın 16-da keçiriləcək “Qarabağ” – “Sumqayıt” matçı saat 20:00-da başlayacaq.
