Futbol

“Qarabağ”da ciddi itkilər

03.07.2019 , 16:13

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın heyətində ciddi itkilər var.

Korner.az-ın məlumatına görə, Albaniya “Partizani”si ilə qarşılaşacaq Ağdam klubunda müdafiəçilər Rəşad Sadıqov və Bədavi Hüseynov, yarımmüdafiəçi Qara Qarayev zədəlidi. Sözügedən futbolçulardan Bədavi Hüseynovun “Partizani”la ilk oyunu buraxması gözlənilir.

Qeyd edək ki, “Qarabağ”la “Partizani” arasında ilk matç iyulun 10-da Albaniyada, cavab qarşılaşması isə 1 həftə sonra Bakıda keçiriləcək.

Son yazılar

Yuxarı