“Qarabağ”ın bütün yaş qrupları üzrə baş koordinatoru Emin Abbasov vəzifəsindən istefa verib.
Korner.az-ın məlumatına görə, Abbasov ayrılığını sosial şəbəkədə dostlarıyla belə bölüşüb:
“Bu gün “Qarabağ”dan ayrıldım. Öz istəyimlə tərk etdim klubu. “Qarabağ”a uğurlar arzulayıram. Bu 8 ay ərzində mənə dəstək olan kollektivin hər bir üzvünə də təşəkkür edirəm. “Qarabağ”ın gənc futbolçuları, məşqçiləri, işçi personalı məni bağışlayın, ümidlərinizi doğrulda bilmədim.”