Premyerliqanın sonuncu turunda `Neftçi`ni məğlub edərək liderliyini geri alan “Qarabağ” bu gün bazar günü qarşılşacaqları “Bakı”yla oyunun hazırlıqlarına start verib.
Korner.az-ın məlumatına görə, amma komanda iddialı rəqibinə qarşı tam heyətlə mübarizə apara bilməyəcək. Rəşad Sadıqovla, Reynaldo vərəqə limitini doldurduqlarına görə, Admir Teli, Riçard Almeyda isə zədəyə görə `Bakı`yla oyunu buraxacaq. `Neftçi`ylə oyunda zədə səbəbindən əvəzlənən Maksim Medvedevlə yanaşı Vüqar Nadirovun da zədə problemi var. Amma adı çəkilənlərin taleyinə oyungünü aydınlıq gələcək.
Qeyd edək ki, “Bakı” – “Qarabağ” oyunu Dekabrın 15-i saat 14:00-da keçiriləcək.
