“Qarabağ”a vurduğum qola təəccüblənmədim” – Çiçarito
18.10.2019 , 11:47

“Sevilya”nın futbolçusu Xavyer Ernandes klubdakı çıxışını dəyərləndirib.
Korner.az-ın məlumatına görə, Çiçarito ləqəbli forvard Avropa Liqasının qrup mərhələsinin ilk turunda cərimə zərbəsindən “Qarabağ”a vurduğu qolu da xatırlayb. O, bu cür qollar üçün xüsusi hazırlaşdığını bildirib:
“Qarabağ”la görüşdə fərqləndiyim zaman təəccüb hissi keçirmədim. “Vest Hem”də son vaxtlar cərimə zərbələri üzərində çalışmağa başlamışdım. Qəribə və maraqlıdır. Bəlkə də, buna gec başladım, amma nə etmək olar?”
