Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qarabağ”a rəqib olan Makedoniyanın “Metallurq” klubudu.
Korner.az-ın məlumatına görə, bu rəqib Ağdam klubuna yad deyil. Belə ki, bu komandalar 2010/11 mövsümündə də Avroliqanın birinci təsnifat mərhələsində qarşılaşıblar. Ölkəmizdəki ilk oyunda “Qarabağ” 4:1 hesabı ilə qalib gəlib, cavab görüşü isə 1:1 hesabı ilə yekunlaşdığından növbəti mərhələyə Qurban Qurbanovun yetirmələri çıxıb.