AFFA-nın prezidenti Rövnəq Abdullayev “Qarabağ” komandasını ttəbrik edib.
Korner.az-ın məlumatına görə, ağdamlıların Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi Rövnəq Abdullayevi də sevindirib:
“Azərbaycan çempionu kimi beynəlxalq oyunlarda qüvvəsini sınayan “Qarabağ” komandası Avropa Liqasının qrup mərhələsinə qədər keçirdiyi bütün oyunlarda yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirərək ölkəmizin futbol ictimaiyyətinə böyük bir sevinc bəxş etdi. Bu nailiyyətlərin qazanılmasında böyük azarkeş dəstəyinin də mühüm rol oynadığını xüsusilə vurğulamaq istərdim. Ən güclü rəqibləriylə də gərgin mübarizə apararaq ölkəmizdə futbolun son illər inkişaf etdiyini uğurlu çıxışları ilə bir daha təsdiqlədi. Ümid edirəm ki, komanda qrup mərhələsində də peşəkarlığı, əmzkarlığı və baxımlı oyunu ilə azarkeşlərini sevindirəcək və ölkə futbolunun tarixində rekorda nail olacaq. Ölkəmizin futbol ictimaiyyəti adından komandanın rəhbərliyini və bütün üzvlərini səmimi qəlbdən təbrik edir və daha böyük uğurlar arzulayıram.”
