“Qarabağ”ın zədəli futbolçuların vəziyyətinə aydınlıq gəlib.
Korner.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.Təcrübəli mütəxəssis Malta “Valletta”sı ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə zədələnən Reynaldo ilə bağlı heç bir narahatlığın olmadığını bildirib.
42 yaşlı mütəxəssis Braziliyalı hücumçunun kollektiv məşqlərdə iştirak etdiyini də bildirib. Malta təmsilçisi ilə matçları buraxan kapitan Rəşad Sadıqovla cinah müdafiəçisi Maksim Medvedevə gəldikdə, Qurbanov bunları deyib:
“Maksim tam sağalıb. Artıq kollektiv məşqlərə də başlayıb. Rəşad da normal vəziyyətdədir. Sadəcə, həkimlər dedilər ki, bir az fərdi çalışsın. Belindəki ağrıya görə birdən-birə çox ağır məqşlər etmək olmaz”.