“Qarabağ”a qol vuran futbolçu: “Heç kim PSV-ni düşünmür”
10.08.2018 , 11:58

“Heç kim PSV-ni düşünmür. Bizim böyük üstünlüyümüz yoxdur”.
Bu sözləri BATE-nin yarımmüdafiəçisi Stanislav Draqun deyib. 30 yaşlı yarımmüdafiəçi ÇL-in III təsnifat mərhələsində “Qarabağ”a qarşı evdə keçirəcəkləri görüş barədə danışıb. İlk qarşılaşmada yeganə qolla komandasına qələbə qazandıran belaruslu futbolçu cavab görüşünə fərqli taktika ilə çıxacaqlarını deyib:
“Bizi çətin cavab oyunu gözləyir. Ümid edirəm ki, Borisovdakı oyunda həm müdafiə, həm də hücumda yaxşı oynayacağıq. Bakıda olduğu kimi, evdə də asan olmayacaq. Biz yavaş-yavaş irəliləyirik”.
Qeyd edək ki, BATE – “Qarabağ” oyunu avqustun 14-də baş tutacaq. İlk oyunda Borisov klubu Stanislav Draqunun qoluyla 1:0 hesabı ilə qalib gəlib.
