“Qarabağ”a qarşı oyunun ən yaxşısı seçildi
29.01.2026 , 10:00
UEFA Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turu çərçivəsində keçirilən “Liverpul” – “Qarabağ” matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu “mersisaydlılar”ın yarımmüdafiəçisi Aleksis Makallisterdir.
Argentinalı futbolçu qarşılaşmada iki qol (dubl) müəllifi olub.
Qeyd edək ki, “Qarabağ” səfərdə 0:6 hesabı ilə məğlub olsa da, liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vuraraq pley-off mərhələsinə yüksəlib.