“Qarabağ”a qarşı oynayacağı dəqiqləşdi
11.10.2022 , 12:23

“Olimpiakos”un futbolçusu Şime Vrsalko Bakıda “Qarabağ”a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda iştirak edə biləcək.
Korner.az xəbər verir ki, Yunanıstan Super Liqasının VII tur matçını xəstəlik səbəbindən buraxan 30 yaşlı müdafiəçi sıraya dönüb.
Xorvatiya millisinin üzvü Pirey təmsilçisinin məşqlərinə qoşulub.
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Qarabağ” – “Olimpiakos” matçı saat 20:45-də başlayacaq.
