Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı oynamış “Dnepr”in yarımmüdafiəçisi Yevgeni Konoplyanka İngiltərədən gələn təklifə “yox” deyib.
Korner.az-ın məlumatına görə, “Vest Hem” 25 yaşlı futbolçuya həftəlik 85 min funt ödəməyə hazır olsa da, o bu variantla razılaşmayıb.
İngiltərə mətbuatı yazır ki, buna səbəb Konoplyankanın “Arsenal”a keçmək istəyində olmasıdır.
