“Qarabağ”a qarşı hazırlaşmışıq” – “Nant”ın baş məşqçisi
14.09.2022 , 17:51

Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək “Qarabağ” – “Nant” (Fransa) matçından öncə qonaq komandanın baş məşqçisi Antuan Kombuare mətbuat konfransında iştirak efib.
Korner.az xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.
– Komandada arxayınlıq yoxdur ki?
– Təhlükə həmişə var. Göstərməli, sübut etməliyik ki, yaxşı komandayıq. Bunun üstündə işləyirik.
– Rəqib baş məşqçinin “biz xalqımız üçün oynayacağıq” deməsi və ya stadionun tam dolması sizi çəkindirmir?
– Heç vaxt azarkeşlərin qələbə qazandığını görməmişəm. Sabah meydanda biz oynayacağıq. Rəqib də “Qarabağ”dır. Onların gücünə bələdik. Ölkədəki vəziyyətə görə həvəslə oynayacaqlarını bilirik. Onların əvvəlki qələbələrindən xəbərdarıq. Əlimizdən gələni edəcəyik ki, sabah yaxşı oyun göstərib, qalib gələk.
– Ölkə çempionatından avrokuboka keçmək çətin olmur?
– Bunların arasında fərq qoymuruq. Qalib gələndə daha asan olur.
– Demişdiz ki, bizi Azərbaycana çətin səfər gözləyir. Əsasən nədən çəkinirsiz?
– “Qarabağ”ın oyununa bələdik. Avrokuboklarda böyük təcrübəyə malik komandadır. Çox asanlıqla hücuma keçir və təhlükəli olur. Son 5 oyunda 4 qol vurublar. Hücumameyilli futbol oynayan komandadır. Buna qarşı hazırlaşmışıq.
– “Qarabağ”la oyun üçün xüsusi hazırlığınız olub?
– “Qarabağ” motivasiyalı oynayacaq. Bunu bilirik. Düşüncəmiz futbol oynamaqdır. Başqa şeyləri düşünmürük. Oyunumuzu keçirib, geri qayıdacağıq.
– Çempionat matçındakı məğlubiyyət və yorğunluq sabahkı oyuna necəsə təsir edə bilərmi?
– Yorğunluq heç bir halda bəhanə ola bilməz. Ard-arda oyunlarımız var, istirahət edə bilmirik. Amma hər bir oyunçunun qarşısında həvəslə və tam güclə oynamaq tapşırığı qoyuram. Əlimzdən gələni etməli, bütün gücümüzü qoymalıyıq (futbolpress.az).
