“Qarabağ”a qalib gəlməliyik” – “Marsel”in futbolçusu
21.02.2022 , 11:33

“Sadəcə, yaxşı oynamadıq. “Klermon”un bura qələbə üçün gəldiyini gördük. Etiraf etmək lazımdır ki, çox şansları yox idi, amma qapı qarşısında təhlükəli idilər”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Marsel”in futbolçusu Matteo Genduzi Fransa Liqa 1-in son turunda “Klermon”la keçirilən oyundan sonra “Lephoceen” nəşrinə açıqlamasında deyib.
O, daha sonra “Qarabağ”la oyuna da toxunub:
“Özümüzü toparlamalı, əvvəlcə “Qarabağ”a qalib gəlməliyik. Sonra bizi çətin “Trua” səfəri gözləyir”.
