Bu gün Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Makedoniyada keçiriləcək "Metallurq" – "Qarabağ" matçı canlı yayımlanmayacaq.
Belə ki, kanallarımızdan heç biri bu matçı canlı yayımlamağa cəhd belə göstərməyib.
Korner.az-a açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov "Qarabağ"a olan biganəlikdən danışdı:
"Bizimlə kimsə maraqlanmayıb. Oyunu canlı yayımlamaqda hansısa kanal maraqlı olsaydı, biz də öz köməyimizi əsirgəməyəcəkdik. Kanallar gərək maraq göstərə ki, biz də bu məsələdə yardım edək".
