Bu gün Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Metallurq” klubunun kapitanı Mile Krstev oyunla bağlı fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə, 34 yaşlı futbolçu meydan amilindən yararlanaraq, qələbə qazanmaq istədiklərini bildirib:
“Məqsədimiz qələbə qazanmaqdır. Risk etmək lazımdır. Bu bizə uğur gətirəcək. “Qarabağ”a nisbətən biz qələbəni daha çox istəyirik. Məncə, bu da daha vacibdir”.
Qeyd edək ki, “Metallurq” – “Qarabağ” oyunu sabah, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
