“Qarabağ” zədəli futbolçusu Dani Quintanadan şad xəbər alıb.
Korner.az-ın məlumatına görə, əzələsini dartan Quintana zədəsini tam sağaldıb.
Futbolçu artıq dünəndən etibarən komanda ilə məşqlərə başlayıb. Daninin sabah Avroliqanın qrup mərhələsində baş tutacaq “Monako” ilə oyuna qədər isə tam hazır olacağı gözlənilir. (sportal.az)
