Təlim məşq toplanışını Antalyada davam etdirən "Qarabağ"ı ötən gün ziyarət edənlər arasında gözlənilməz qonaq da olub.
Korner.az-ın məlumatına görə, bir vaxtlar Ağdam klubunda fiziki hazırlıq üzrə məşqçi işləmiş Mehmet Ak keçmiş komandasının "Volın"la oyununu izləyənlər arasında olub.
Qeyd edək ki, "Qarabağ"dan sonra "Neftçi"də çalışmış Mehmet Ak "ağ-qaralar"dan ayrıldıqdan sonra Türkiyəyə qayıtmışdı və hazırda işsizdi.