UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"ımız Tofiq Bəhramov adına Respublika stadionunda Yunanıstanın PAOK klubunu qəbul edəcək.
Korner.az-ın məlumata görə, qarşılaşma 20 oktyabr saat 21:00-da start götürəcək.
"Qarabağ" klubu bu vacib qarşılaşmada azarkeşlərdən tribunada yerinizi almalarını və komandaya dəstək olmalarını istəyib.
