“Qarabağ” təlim-məşq toplanışını davam etdirir.
Korner.az-ın məlumatına görə, hazırlığın növbəti günündə çalışma ənənəvi olaraq 11-də start götürdü.
“Qarabağ” çalışması 90 dəqiqə davam edib. Daha çox fiziki yüklənmələr üzərində qurulmuş çalışmada sonda futbol da baş tutub. “Qarabağ”ın çalışmasında dünənki məşqdə ayağını zədələyən Nikolas Gelaşvili iştirak etməyib. Gürcü forvardın 10 gün sonra sıraya dönməsi gözlənilir.
Əvəzində əməliyyatdan çıxan Rəşad Sadıqov və düşərgəyə gec qoşulan Reynaldo da toplu çalışmalarda iştirak edib.
Riçard Almeyda isə kross qaçmaqla kifayətlənib. Sabaha komandanın 2 məşqi nəzərdə tutulub.
