big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Avrokuboklar

“Qarabağ”a adaptasiya olmaq çətin olmayacaq” – Vaqner da Silva

19.07.2018 , 10:09

“Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Sloveniyanın “Olimpiya” klubu ilə 0:0 hesablı heç-heçə edərək, növbəti mərhələyə adını yazdırıb. Qarşılaşmadan sonra Ağdam təmsilçisinin qolkiperi Vaqner da Silva jurnalistlərin suallarını cavablandırıb. Braziliyalı əlcək sahibinin müsahibəsini diqqətinizə çatdırırıq:

– Qarşılaşma haqda fikirləriniz necədi?

– Məşqçimiz dəfələrlə vurğulamışdı ki, çox çətin olacaq. Biz hər oyuna nəticə qazanmaq üçün çıxırıq. Amma mərhələ adlamaq istəyirsənsə, nəticəyə oynamağı da bacarmalısan. Çətin oldu, amma hədəfimizə çatdıq.

– Qapıda çox rahat idin. Adaptasiya mərhələsini tez keçmisən?

– Adaptasiyanı tam keçdiyimi demək olmaz. Bu, təcrübədən irəli gəlir. İlk oyundan öncə Braziliyada tətildə idim. 4 məşqdən sonra isə “Olimpiya” ilə oyuna çıxdım. 1 həftə də artıq məşqlər etdim. Psixoloji cəhətdən hazıram.

– Amma bu oyunlarda çərçivənə demək olar ki, zərbə endirilmədi.

– Sizinlə razıyam. Bu tip oyunlar çox çətin olur, baxmayaraq ki, qapıya zərbələr gəlmir. Çərçivəyə zərbə vurulmur və sənin də fikrin yayına bilər. Bütün 90 dəqiqə diqqətli olmaq lazımdır. Ardıcıl zərbələr qapıçıya asan olur, öyrəşirsən.

– “Qarabağ”a adaptasiya olmaq sənin üçün çətin olmayacaq?

– Kiçik ölkələrin çempionatlarını izləməyi nədənsə çox sevirəm. Emin Mahmudov və Kamran Ağayevlə “Boavişta”da bu haqda söhbət edirdik. Azərbaycan futbolu haqda müzakirələr aparırdıq. “Qarabağ”ın Çempionlar Liqasındakı matçlarını izləyirdim. Ağdam klubunun oyun sistemini çox bəyənirəm. Qurban Qurbanovun yaxşı taktikası var. “Qarabağ”a adaptasiya olmaq çətin olmayacaq.

– Hannes Halldorssonun “Qarabağ”da əsas qapıçı olacağı gözlənilir. Əsas heyətə düşmək çətin olmayacaq?

– Qətiyyən! Bu, məni narahat etmir. Əvvəlcə onunla müqavilə imzalanıb. Mən “Muskrona”a gələndə İsrail millisinin üzvü əsas qapıçı idi, amma onu heyətdən sıxışdırdım. “Boavişta”da isə Azərbaycan millisinin qolkiperi Kamran Ağayevi sıxışdırdım və əsas qapıçı oldum. Ona görə də çətinlik olmayacaq. Bu, mənim xoşuma gələcək.

– Kamranın “Boavişta”dan ayrılmasının səbəbi nədir?

– Bu, mənə aid olan məsələ deyil. Bununla bağlı açıqlama verə bilmərəm.

Son yazılar

To Top