Yanvarın 9-da Türkiyəyə təlim-məşq toplanışına yollanan "Qarabağ" klubu artıq Bakıdadır.
Korner.az-ın məlumatına görə, komanda 26 günlük hazırlığı başa vuraraq Antalya – İstanbul – Bakı reysiylə vətənə qayıdıb.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün komandaya istirahət verib. Sabahdan etibarən isə komanda bazar günü, Premyer Liqanın XIX turunda qarşılaşacaqları "Qəbələ" ilə oyunun hazırlıqlarına start verəcək.
Qeyd edək ki, komanda sabah 12:00-da yığışacaq və məşqə yollanacaq.