“Qarabağ” Zubirlə müqavilə yenilədi
02.02.2021 , 15:38

“Qarabağ” futbolçusu Abdullah Zubirlə müqavilənin müddəti uzadılıb.
Korner.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə 3 illik yeni müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, A.Zubir 2018-ci ildən Ağdam təmsilçisində çıxış edir.
