“Qarabağ”dan heç-heçə, “Sabah”dan qələbə
04.05.2021 , 22:12

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulub.
Korner.az-ın məlumatına görə, son oyun günündə iki görüş baş tutub.
Son ölkə çempionu “Qarabağ” doğma meydanda “Zirə” ilə qarşılaşıb. Görüşə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Turun son qarşılaşmasında isə Azərbaycan kubokunun finalçısı “Sumqayıt” “Sabah”ı qəbul edib. Bu görüşdə meydan sahibləri 0:2 hesabı ilə uduzub.
4 may (çərşənbə axşamı)
18:00. “Qarabağ” – “Zirə” – 1:1
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Səbuhi Bayramov
“Azersun Arena”
20:15. “Sumqayıt” – “Sabah” – 0:2
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Elçin Məsiyev
“Kapital Bank Arena”
3 may (bazar ertəsi)
20:15. “Səbail” –“Qəbələ” – 1:0
Qol: Amil Yunanov, 62
Qırmızı vərəqə: Merab Qiqauri, 52-iki sarı vərəqə (“Qəbələ”)
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev
“ASCO Arena”
18:00. “Keşlə” – “Neftçi” – 0:3
Qollar: Tərlan Quliyev, 38-avtoqol, Keysuke Honda, 74, Emin Mahmudov, 90+2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
“ASK Arena”
