“Qarabağ” və “Sabah”dan qələbə
16.12.2021 , 20:55

Bu gün Azərbaycan Premyer Liqasında 14-cü tura yekun vurulaub.
Korner.az-ın məlumatına görə, bu gün daha iki qarşılaşma keçirilib. Günün ilk matçında “Sabah” “Səbail”in qonağı olub və 3:0 hesabı ilə qələbə qazanıb.
Turun son matçında “Qarabağ” “Zirə”ni qəbul edəib. Ağdam təmsilçisi bu görüşdən qələbə ilə ayrılıb – 2:0.
Azərbaycan Premyer Liqası, 14-cü tur
16 dekabr (cümə axşamı)
16:30. “Səbail” – “Sabah” – 0:3
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
“ASCO Arena”.
19:00. “Qarabağ” – “Zirə” – 2:0
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
“Azersun Arena”.
15 dekabr (çərşənbə)
19:00. “Sumqayıt” – “Keşlə” – 1:3
16:00. “Qəbələ” – “Neftçi” – 1:1
