“Qarabağ” “Zirə”yə qalib gəldi
11.05.2024 , 21:34

Bu gün Azərbaycan Premyer Liqasında XXXIV turun növbəti oyunları keçirilib.
Korner.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edib. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə bitib.
Günün son qarşılaşması isə Zirədə olub. Burada yerli komanda “Qarabağ”ı qəbul edib. Oyun Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə bitib.
Premyer Liqa
11 may
17:00. Araz-Naxçıvan – Turan Tovuz – 0:1
Baş hakim: Kamal Umudlu
“Liv Bona Dea Arena”
19:30. Zirə – Qarabağ – 0:1
Baş hakim: Əliyar Ağayev
Zirə İdman Kompleksi
