Topaz Premyer Liqasının XXIV turunun hakimləri açıqlanıb.
Korner.az-ın məlumatına görə, martın 5-6-da baş tutacaq turun mərkəzi oyunu Əliyar Ağayevə tapşırılıb.
O, çempionatın liderləri “Qarabağ”la “Zirə”nin matçını idarə edəcək. “Neftçi” – “Qəbələ” qarşılaşması isə Ömər Paşayevə həvalə olunub.
XXIV tur
5 mart (şənbə)
14:00. “Xəzər Lənkəran” – AZAL
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mehman Mahmudov, Ziya Nəsirov
“Xəzər Lənkəran” mərkəzi stadionu
15:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov
8-ci km qəsəbə stadionu
17:00. “Sumqayıt” – “İnter”
Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
18:00. “Qarabağ” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, İnqilab Məmmədov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
6 mart (bazar)
16:00. “Rəvan” – “Kəpəz”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, Fariz Yusifov
“Bayıl Arena”
Mənbə: pfl.az
