“Qarabağ” – “Zirə” matçının biletləri satışa çıxarılır
04.08.2023 , 11:56

Azərbaycan Premyer Liqasının 1-ci turunda keçiriləcək “Qarabağ” – “Zirə” qarşılaşmasının biletləri bu gün saat 13:00-dan etibarən “iticket.az”da satışa çıxarılacaq.
Korner.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Biletlər bu gün və sabah iticket.az-da onlayn, oyun günü isə “Azersun Arena”nın kassasında da satışda olacaq.
Avqustun 5-də keçiriləcək “Qarabağ” – “Zirə” oyunu saat 21:00-da başlayacaq.
