“Qarabağ” – “Zirə”: biletlər satışda
08.05.2022 , 14:14

Azərbaycan Premyer Liqasının XXVI turunda keçiriləcək “Qarabağ” – “Zirə” qarşılaşmasının biletləri satışa çıxarılıb.
Korner.az xəbər verir ki, Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VIP biletlər isə 10 manat təşkil edir.
Bu gün keçiriləcək matç saat 20:15-də başlayacaq.
