“Qarabağ” Zaqataladan məğlub qayıdır
23.02.2021 , 16:42

I Divizionunda XIV tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“Zaqatala” doğma meydanda “Qarabağ-2” ilə qarşılaşıb. Ağdam klubunun əvəzediciləri bu oyunda minimal hesabla məğlub olub.
Turun qalan görüşləri sabah keçiriləcək.
I Divizion
XIV tur
23 fevral
“Zaqatala” – “Qarabağ-2” 1:0
Qol: Xəqani Sadıxov, 35
