Çempionlar Liqasının III təsnifat mərhələsində baş tutacaq `Qarabağ` (Azərbaycan) – `Zalsburq` (Avstriya) oyunun təyinatları açıqlandı.
Korner.az xəbər verir ki, iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşü Ukrayna federasiyasından Sergey Boyko idarə edəcək. Boykoya Aleksandr Voytyuk və Oleq Pluznyuk yardım edəcək. 4-cü hakim funksiyasını Anatoli Abdula yerinə yetirəcək.
Oyunun UEFA nümayəndəsi Oğuz Sarvan (Türkiyə) hakim-inspektoru isə Kuanış Kanapyanovdu (Qazaxıstan).