Milli çempionatlarda davam etməkdə olan ən uzun qələbə seriyaları açıqlanıb.
Korner.az-ın məlumatına görə, dünyanın 10 ən uzun seriyasına malik klubu sırasında Azərbaycan təmsilçisi “Qarabağ” da yer alıb.
Topaz Premyer Liqasındakı son 8 matçda qalib gələn Qurban Qurbanovun yetirmələri İtaliyanın “Yuventus” klubu ilə eyni göstəriciyə malikdi. Turninlilərə çatıb, 9-cu yerə şərik çıxan ağdamlılar yalnız 8 komandadan geri qalır.
